Sizi birinci sıraya qoyan brauzer
Reklamları bloklayın Dataya qənaət edin. Daha sürətli veb-səhifələrə giriş əldə edin. Sadəcə brauzerinizi dəyişdirin.
Brave-ə keçinMəxfi axtarış
Brave Axtarış ilə daha yaxşı nəticələr, Sİ cavabları əldə edin, profilinizin bütünlüyünü qoruyun.
Daxili Sİ köməkçisi
Cavablar alın, məzmun yaradın və daha bir çox üstünlüklərdən istifadə edin. Birbaşa brauzerinizdə.
Güclü VPN
Cihazınızdakı hər tətbiqi qoruyun.
İstifadəçi prioritetli Veb necə görünür?
Daha yaxşı məxfilik. Daha sürətli veb-səhifələr. Daha asan naviqasiya. İnsanlara texniki şirkətlərin mənfəətlərindən daha çox əhəmiyyət verən təcrübələr.
Yorucu yönləri olmayan Veb
Brave hər bir veb saytda üçüncü tərəfə aid reklamları bloklayır. Bunlar video reklamları, axtarış reklamları, sosial media reklamları və daha çoxlarını əhatə edir.
Bəs zəhlətökən “Kukiləri qəbul edirsiniz?” bildirişləri necə? Bəli, onları da bloklayırıq.
Dataya, batareyaya və vaxtınıza qənaət edin
İstənməyən, lazımsız təfərrüatlar olmadıqda, Wi-Fi tezlik diapazonu, mobil data, batareya ömrü və Mərkəzi Prossesora qənaət edirsiniz. Veb saytlar isə 3-6 qat daha tez yüklənir. Daha az gözləmə = gün içində özünüz üçün daha çox vaxt.
Yüksək səviyyəli məxfilik
İzləmə və barmaq izinə qarşı qoruyucu qalxanlar. Harada olmasından asılı olmayaraq hər bir bağlantını şifrələyə bilən premium VPN. Standart Qlobal Məxfilik Nəzarəti məlumatlarınızın digər veb saytlar tərəfindən satılmasına və paylaşılmasına icazə vermir.
Bütün bunlar (və daha çoxu) asan və sadə istifadəli bir paketdə.
Standart olaraq aktivləşdirilmiş daxili təhlükəsizlik
Brave, ehtiyacınız olan hər şeyi təqdim edir. Sazlamağa, genişləndirmələrə, akademik olmağa ehtiyac yoxdur.
Keçid etmək asandır
Daha sürətli, məxfi, daha az yorucu bir internetdən sadəcə 60 saniyə uzaqdasınız.
Brave-i endirin, köhnə brauzerinizdən seçilmişlər menyusunu idxal edin və… Hazırsınız!
Daha az reklamlara malik bir Veb
Bəzi populyar saytlara Brave və digər brauzerlərdə baxın. Fərqi görürsünüz?
Slayderi hərəkət etdirin və Brave ilə digər brauzerlər arasındakı fərqi görün
















Ən yaxşı məxfilik, məhsuldarlıq və xüsusiyyətlər
Brave-in digər brauzerlərlə olan bu kəskin müqayisəsində fərqini necə göstərdiyinə baxın.
Brave vs Chrome
Məxfilik və məhsuldarlıq məsələsinə gəldikdə, Chrome Brave-dən çox geridə qalır.
Brave vs Firefox
Bir vaxtlar geniş miqyasda istifadə olunan Firefox, artıq nəhəng texnoloji şirkətlər üçün siyahının ortalarında dayanan bir alternativdir.
Brave Axtarış Google ilə müqayisədə
Dünyanın ən populyar axtarış mühərriki, istifadəçi məlumatlarını toplayır və reklamlara cavablardan daha çox əhəmiyyət verir.
Brave Axtarış DuckDuckGo ilə müqayisədə
Əslində Microsoft Bing tərəfindən dəstəklənən "alternativ" bir axtarış mühərriki.
Şəxsi məlumatlarınıza deyil, vaxtınıza diqqət yetirən brauzer
Brave-in Android, iOS, Linux, macOS, və ya Windows versiyalarını endirin
Brave-ə keçinBrave-in biznesinizi dəstəkləməsinə icazə verin:
TVS
Brave Brauzeri təhlükəsizdirmi?
Brave bu gün bazarda olan brauzerlərdən ən təhlükəsizidir. O, məxfiliyinizi pozan reklam və izləyiciləri bloklayır. O, üçüncü tərəfin məlumatı yaddaşda saxlama funksiyasını bloklayır. O sizi brauzerin barmaq izlərindən qoruyur. Mümkün olan hər bir veb-səhifəni etibarlı https bağlantıları ilə təchiz edir. Bunların hamısını standart olaraq təmin edir.
Həmçinin o, bütün dünyada milyardlarla insanın istifadə etdiyi brauzerləri dəstəkləyən açıq mənbəli Chromium nüvəsində quraşdırılıb. Bu mənbə kodu ehtimal ki, digər hər hansı bir brauzerdən daha çox təhlükəsizlik tədqiqatçıları tərəfindən yoxlanılıb. Bu səbəblə də, Brave-dən istifadə sadəcə təhlükəsiz deyil, eyni zamanda digər bir brauzerdən daha təhlükəsizdir. Ətraflı məlumat.
Brave-i necə endirə və quraşdıra bilərəm?
Brave VPN-ə malikdir?
Bəli! Brave Qoruyucu divarı + VPN cihazınızdaki bütün onlayn hərəkətlərinizi, hətta Brave Brauzer xaricindəkiləri də qoruyur. Bir abunəlik Android, iOS və masaüstü kompüterlərdə 5 ədədə qədər cihazı əhatə edir.
Brave YouTube reklamlarını bloklayırmı?
Bəli, Brave brauzeri YouTube kimi video saytlarında reklamları bloklaya bilər. Buraya səhifədaxili reklamlar, videodan əvvəl və videonun ortasında çıxan reklamlar, sondakı kart reklamları və daha bir çoxu daxildir. Reklamları bloklamaqla, daha təmiz bir təcrübə və daha sürətli video yükləmələri əldə edirsiniz. Brave-in YouTube reklamlarını bloklaması haqqında ətraflı məlumat.
Brave Axtarış mühərriki nədir?
Brave Axtarış, Brave brauzerinin bir çox yeni istifadəçiləri üçün standart məxfi, müstəqil axtarış mühərrikidir. O, həmçinin search.brave.com-dakı istənilən digər brauzerdə aktivdir. Brave Axtarış, özünün müstəqil Veb indeksi ilə sürətli və dəqiq nəticələr əldə etməyə kömək edir, eləcə də güclü Sİ cavab mühərriki kimi unikal xüsusiyyətlər təqdim edir. Bəzi digər axtarış mühərriklərindən fərqli olaraq, Brave Axtarış sizin profilinizi çıxarmır, o ilk növbədə şəxsi məlumatlarınızı toplamadığı üçün, onları paylaşa, sata və ya itirə bilməz. Brave Axtarış haqqında ətraflı məlumat.
Brave hansı dillərdə istifadə oluna bilər?
Brave Brauzeri Çin dilinin dörd fərqli ləhcəsi də daxil demək olar ki, 160 dildə istifadə edilə bilər. Brave Axtarış hazırda 20 dildə istifadə edilə bilər, bir çox əlavə dil də gələcək planlara daxildir.
Brave-in sahibi kimdir?
Brave Brauzer, Brave Axtarış və onların bütün müxtəlif xüsusiyyətləri müstəqil özəl şirkət olan “Brave Software Inc” tərəfindən yaradılıb. Brave hər hansı bir texnoloji şirkətə tabe deyil və texnologiyanın böyük aktyorlarının məxfiliyə müdaxiləsi ilə hər gün mübarizə aparır. Brave bəzi üzsüz texnologiya şirkətlərinə deyil, real şəxslərə kömək etmək üçün var.
Brave açıq-mənbəlidirmi?
Bəli. Brave Brauzer açıq-mənbəli Chromium nüvəsi üzərində quraşdırılıb və şəxsi müştəri kodumuz, Mozilla İctimai Lisenziyası 2.0 altında yayımlanıb.
Brave ilə Chrome arasındakı fərq nədir?
Sadə dillə desək, Brave Brauzer Google Chrome-dan 3 qat daha sürətlidir. Məxfiliyinizi pozan reklamları və izləyiciləri standart olaraq blokladığı üçün daxil olduğunuz hər bir veb-səhifəsində lazımsız daha az yükləmə olur. Bu, səhiflərin daha sürətli yüklənməsinə, vaxtınıza qənatə etməyə, pulunuza və batareyanın istifadə müddətinin uzanmasına səbəb olur. Həmçinin bu, veb saytlarda daha təhlükəsiz hərəkət etməyinizi təmin edir. Ətraflı məlumat.
Brave pulsuzdur?
Bəli, Brave-dən istifadə tamamilə pulsuzdur. Başlamaq üçün Brave Brauzerin masaüstü, Android, və ya iOS versiyalarını endirin. Həmçinin search.brave.com-da Brave Axtarışdan istənilən brauzerdə pulsuz istifadə edə bilər və ya onu standart axtarış mühərriki kimi təyin edə bilərsiniz.
Brave eyni zamanda Brave Söhbət Premium və Brave Qoruyucu Divarı + VPN kimi mükəmməl abunəlik əsaslı xüsusiyyətlərə malikdir.
BAT nədir və onu necə qazanmalıyam?
BAT Əsas Diqqət Tokeni ifadəsinin qısaltmasıdır. BAT rəqəmsal bir varlıqdır və Brave Mükafatlar ekosisteminin əsas (amma tamamilə seçilə bilən) hissəsidir. Ondan bu cür istifadə edə bilərsiniz:
Brave Mükafatlar sizə interneti gözdən keçirərkən birinci tərəfin, məxfiliyi qoruyan reklamlara baxmaq imkanı verir (bu reklamlar Brave-in Xüsusi Reklamlar şəbəkəsindəndir). Həmin reklamlara baxsanız Brave Mükafatlar proqramı ilə BAT qazanacaqsınız.
BAT-ı istənilən digər bir rəqəmsal varlıq kimi saxlaya bilər, yaxud da sevdiyiniz məzmun nəşriyyatçılarına bəxşiş vermək üçün istifadə edə bilərsiniz. Hətta Brave sizə BAT-ı (və digər hər hansı bir varlığı) Brave Pulqabı ilə saxlamağın etibarlı bir yolunu təqdim edir. Yenə də nəzərə alın ki, Brave Mükafatlar tamamilə seçilə bilən bir proqramdır.
Bəzi texnoloji şirkətlər reklam satmaq üçün məlumatlarınızı oğurlayır, sizdən vasitə kimi istifadə edir. Brave isə fərqlidir. Biz, diqqətinizin dəyərli (və məxfi!) olduğunu, izlədiyiniz hər hansı reklama görə gəlirdən ədalətli pay almalı olduğunuzu düşünürük. Bu ədalətli bölgü BAT vasitəsilə həyata keçirilir.